lider-media.az

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Baxış: 2427 Tarix: 2-11-2024, 21:18

Milli Hidrometeorologiya Xidməti noyabrın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Daşkəsən, Yevlax, Ağdaş, Hacıqabul, Ağstafa, Astara, Bərdə, Göyçay, Zərdab, Quba, Qusar, Samux, Ağdam, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Şəmkir, Kəlbəcər, Lənkəran, Yardımlı, Lerik, Xızı, Şirvanda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Goranboy, Qobustan, Gəncə, Mingəçevir, Naftalan, Neftçala, Siyəzən, Tovuz, Şabran, Salyan, Tərtərdə isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi