Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə yorğa atların Respublika çempionatı və cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilmişdir.
Federasiyadan verilən məlumata görə, çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atlar 7 müxtəlif kateqoriyada və məsafədə yarışmışdır.
Binə Atçılıq Mərkəzində baş tutan yarışda dördü Qarabağ, Dilbaz və ingilis atlarının qaçışları, səkkizi yorğa atların yarışları olmaqla ümumilikdə 12 kubok uğrunda mübarizə aparılmışdır.
Qaçışlar 1 200, 1 400, 1 600, 1 800, 2 000, 2 400 və 3 200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunmuşdur.
Qaçışların nəticələrinə əsasən:
- 1 200 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Zülcənah” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi İsfəndiyar İbrahimov;
- 1 400 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Qartal” ləqəbli atla Bakı şəhəri, Məhəmmədi qəsəbəsinin təmsilçisi Kamran Şərifov;
- 1 600 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Düldül” ləqəbli atla Bakı şəhəri, Məştağa qəsəbəsinin təmsilçisi Mahir Həsənov;
- 1 800 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa yarışı – “Halko” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;
- 2 000 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Sultan” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Əli Məmmədov;
- 2 400 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Koma” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;
- 3 200 metr məsafədə 4 yaş yuxarı atlar arasında yorğa qaçışı – “10-100” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;
- 1 800 metr məsafədə qələbə qazanmış yorğa atları arasında keçirilmiş son yarışın nəticəsinə uyğun olaraq Yorğa atları üzrə Respublika çempionu “Kamo” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev olmuşdur.
Bu gün, həmçinin yorğa atların çempionatı ilə bərabər, cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilmişdir.
Keçirilmiş yarışların nəticələrinə əsasən:
- 1 600 metr məsafədə, 3 yaş yuxarı Dilbaz atları arasında cıdır yarışı – “Tunarın Kralı” ləqəbli atla Hilal Nəzərov;
- 1 600 metr məsafədə, 3 yaş yuxarı Qarabağ atları arasında cıdır yarışı – “Kainat” ləqəbli atla Azər Əliyev;
- 1 600 metr məsafədə, 3 yaşında ingilis atları arasında cıdır yarışı – “Might Prince” ləqəbli atla Azər Əliyev;
- 1 400 metr məsafədə, 4 yaş yuxarı ingilis atları arasında cıdır yarışı – “Bahr” ləqəbli atla Hilal Nəzərov;
Qarabağ, Dilbaz, ingilis və yorğa atların iştirakı ilə baş tutan yarışların sonunda qaliblərə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunmuş, xatirə fotoşəkilləri çəkdirilmişdir.
Azərbaycan Respublikasının Atçılıq Federasiyası






















Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib VİDEO
“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib
“Omar Kuboku” uğrunda konkur yarışları keçirilib
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb