Noyabrın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığına media nümayəndələrinin və hərbi ekspertlərin iştirakı ilə mediatur təşkil olunub. Mediatur zamanı Dövlət Sərhəd Xidməti nəzdində olan beş əsas komandanlığın fəaliyyəti, tarixi və gördüyü işlər haqqında geniş məlumat jurnalistlərə təqdim olunub. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev komandanlığın tarixi və gördüyü işlər barədə məlumatları jurnalistlərlə bölüşüb. Qeyd olunub ki, dövlət sərhədindən hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin artmasını nəzərə alaraq, etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə cənab Ali Baş Komandanın 5 iyun 2017-ci il tarixli müvafiq Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığı yaradılmışdır.
General-leytenant Elşən Verdiyev bildirib ki, Sərhəd Nəzarətinin Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən indiyədək axtarışda olan 26 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilmiş, ümumilikdə 86123 əməliyyat tapşırığı yerinə yetirilmişdir. 2296 halda saxta və 178 halda özgəsinə məxsus sənədlərlə keçməyə və 19 halda gizli şəkildə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmışdır. Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58503 nəfər barəsində müvafiq qərarlar qəbul edilmişdir. Müxtəlif səbəblərdən arzuolunmaz şəxs qismində 2106 əcnəbi ölkə ərazisinə buraxılmamışdır. Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 3599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil etmiş, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kq 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmışdır. Elşən Verdiyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası - COP29 beynəlxalq konfransına hazırlıqla əlaqədar gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidinin təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunduğunu, zəruri tədbirlərin görüldüyünü, eləcə də bütün tapşırıqların tam olaraq icra edildiyini diqqətə çatdırıb. DSX-nin Sərhəd Nəzarətinin bu ay Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlığından danışıb: "COP29-la bağlı texniki, təchizat məsələləri artıq yekunlaşıb. Qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırıq. Bununla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də öz tapşırıqlarını verib. Buraxılış məntəqələrindən daxil olan şəxslərə, nəqliyyat vasitələrinə etibarlı nəzarət təmin olunur".
.jpg)
Rəisin çıxışından sonra Dövlət Sərhəd Xidmətinin tarixi, gördüyü işlər və əldə etdiyi nailiyyətləri özündə əks etdirən videoçarx təqdim olunub. Mediatur çərçivəsində media nümayəndələri və hərbi ekspertlər Sərhəd Nəzarəti Komandanlığının sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusu, səyyar radiasiya aşkarlama avadanlığı, Sərhəd Nəzarətinin videomüşahidə və "qaynar xətt" mərkəzi, Sərhəd Nəzarətinin nəzdində kurslara cəlb olunmuş heyət üçün tədris sinifləri, xidməti və istirahət otaqları, konfrans və idman zalları, yeməkxana, Sərhəd Nəzarətinin Heydər Əliyev Beynəlxalq Aeroportundakı əməkdaşlarının iş fəaliyyəti ilə tanış olublar.
Mediatur zamanı DSX-nin Sərhəd Nəzarətində narkotik və partlayıcı maddələrin aşkarlanması məqsədilə xüsusi hazırlanmış xidməti itlər barədə də məlumat verilib. Komandanlığın kapitanı Hüseyn Qənbərli dövlət sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bu itlərin vacib rol oynadığını vurğulayıb. Bu xüsusi təlim keçmiş itlər sərhəd nöqtələrində qaçaqmalçılığın qarşısının alınmasında əhəmiyyətli işlər görür. Hərbçi tərəfindən "Çaki" adlı it vasitəsilə narkotik maddələrin axtarılması prosesi əyani şəkildə göstərilib.
.jpg)
Mediatur zamanı Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən DSX-nin Sərhəd Nəzarəti Komandanlığının təlim və xidmət imkanları haqqında ətraflı məlumat verilib. Bu çərçivədə hava limanında yerləşən sinif otaqları və idman zalı diqqətə çatdırılıb. Bu zallar əməkdaşların fiziki və peşə hazırlığını artırmaq üçün vacibdir. Bildirilib ki, Sərhəd Xidməti əməkdaşları yerli və beynəlxalq idman yarışlarında uğurla iştirak edərək müxtəlif medallar qazanıblar ki, bu da onların fiziki hazırlığa verdiyi önəmi göstərir.
Media nümayəndələri həmçinin Sərhəd Nəzarətinin hava limanında sərhəd keçid məntəqələrindəki gündəlik iş prosesi ilə tanış olublar. Ölkəyə gələn və gedən şəxslərin qeydiyyat və pasport yoxlama prosesləri canlı olaraq izlənilib, bununla da sərhəd təhlükəsizliyinin təmini üçün aparılan işlərə dair praktiki məlumat əldə edilib. Sərhəd Nəzarətinin mayoru Nicat Cahidzadə qeyd edib ki, yaxınlaşan COP29 tədbiri ilə əlaqədar hava limanında çalışan sərhəd əməkdaşlarının sayı artırılıb. COP29 zamanı hər hansı fövqəladə halların qarşısını almaq məqsədilə təhlükəsizlik sistemlərinin dayanıqlılığı təmin olunacaq və müvafiq tədbirlər həyata keçiriləcək. Bu hazırlıqlar tədbirin təhlükəsizliyi və fasiləsiz sərhəd nəzarətinin təmin olunması məqsədilə önəmli bir addım kimi vurğulanıb.
Lider-media.az


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev Fərman imzaladı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb