lider-media.az

MEK-in direktor müavini Şuşa şəhərində keçirilən kitab təqdimatında iştirak edib

Baxış: 1292 Tarix: 2-11-2024, 11:43

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva Şuşa şəhərində keçirilən “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin təqdimatında iştirak edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyasının keçirdiyi təqdimat Mədəniyyət Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələrinin, şəhid ailələrinin, deputatların, ictimaiyyət nümayəndələrinin və məktəb kollektivinin iştirakı ilə Şuşa şəhəri 1 saylı tam orta məktəbdə təşkil olunub.

Tədbirdən sonra dosent Şəhla Quliyeva müəllifi olduğu “Şuşadan Türk dünyasına” və “Şuşada kitabxana və mətbuat” adlı kitablarını şəhərin 1 saylı tam orta məktəbinə hədiyyə edib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi