lider-media.az

Suqovuşan su anbarına balıq körpələri buraxılıb

Baxış: 204 Tarix: 1-11-2024, 21:05

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ekosistemlərin bərpası istiqamətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii su hövzələrinə balıq buraxılışı həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, DİN-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının, özəl balıqçılıq təsərrüfatının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeliyində fəaliyyət göstərən Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilmiş 52 000 ədəd çəkikimi balıq körpəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.

Lider-Media.az ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.
Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə çağırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi