lider-media.az

Nazir müavini sahibkarlarla görüş keçirdi

Tarix: 1-11-2024, 17:21

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupu ölkəmizin sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarların rastlaşdığı maneələrin aradan qaldırılması, effektiv mübahisələrin həlli mexanizmlərinin formalaşdırılması və səmərəliliyinin artırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirib”

Bunu ədliyyə nazirinin müavini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun rəhbəri Toğrul Hüseynov hüquq və konsaltinq şirkətləri, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlarla keçirilən görüşdə deyib.

Toğrul Hüseynov bildirib ki, bu il mayın 31-də işçi qrupun "Yol xəritəsi" təsdiqlənib. "Yol xəritəsi"ndə həm təşkilati, həm də qanunvericilik islahatları baxımından müvafiq tədbirlər nəzərdə tutulub. Bu müddət ərzində bütün tədbirlər icra edilib və qanunvericilik islahatları paketi hökumətə təqdim olunub.

Nazir müavini qeyd edib ki, bu istiqamətdə əsas işlərdən biri kommersiya işlərində onlayn məhkəmə iclaslarının ictimaiyyət üçün açıqlılığının təmin olunması ilə bağlı tədbirlərin görülməsidir. Eyni zamanda, məhkəmə prosesində tərəflərin istəyi ilə videokonfrans vasitəsilə iştirakla bağlı müvafiq layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmçinin Vahid Məhkəmə Portalı üzərindən kommersiya işlərinin sayı, onların bitmə əmsalı, baxılma müddətləri barədə vahid statistik məlumatlar hazırlanaraq portalda yerləşdirilib.

Toğrul Hüseynov vurğulayıb ki, bundan əlavə, icra sənədlərinin icrası istiqamətində işçi qrupunun fəaliyyəti çərçivəsində müvafiq tədbirlər görülüb. “İcra sənədlərinin icrasından yayınan hüquqi şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması, icra hərəkətlərinin icrası zamanı nağdsız hesablaşmaların tətbiq olunması, eyni zamanda, müvafiq işlərin sırf elektron qaydada həyata keçirilməsi ilə bağlı layihələr hazırlanıb. Hazırda məhkəmə orqanlarının qərarlarının icrası çərçivəsində icra məmuru ilə birbaşa əlaqənin yaradılması ilə bağlı müvafiq funksional dəyişikliklər edilərək Ədliyyə Nazirliyinin saytında (https://justice.gov.az/) yerləşdirilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi