lider-media.az

Sahibkarlarla görüş keçirilib

Baxış: 448 Tarix: 1-11-2024, 16:27

Lider-Media.az Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərdə dəstək mexanizmləri” mövzusunda onlayn görüş keçirilib.Görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin, müvəkkil kredit təşkilatlarının, ABA-nın və SİF-in nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Onlayn görüş çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər və qaydalar barədə ətraflı məlumat verilib. Bununla yanaşı, SİF tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara təqdim edilən güzəştli kredit və zəmanət-subsidiya mexanizmlərinin şərtləri izah edilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi