lider-media.az

Birinci Qarabağ müharibəsinin şəhidi torpağa taşırılıb

Baxış: 346 Tarix: 1-11-2024, 14:34

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Piriyev İsmət Medal oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Beyləqan rayonunda “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

Qəhrəman şəhidimiz bu gün rayonun Çərəkə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Çərəkə kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.Qeyd edək ki, Piriyev İsmət Medal oğlu 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

13920431392044

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi