lider-media.az

Məktəblərdə tullantıların idarə olunması ilə bağlı ekoloji məlumatlılığın artırılması məqsədilə təlimlər keçirilir

Baxış: 194 Tarix: 31-10-2024, 18:48

Şagirdlərə erkən yaşlardan ekoloji şüurun aşılanması və tullantıların düzgün idarə olunmasını öyrətmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta təhsil müəssisələrində görüşlər keçirilir.
Görüşlər çərçivəsində mütəxəssislər tərəfindən Yasamal rayonu Telman Abbasov adına 225 saylı tam orta məktəbin, Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin, Xətai rayonu R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin 5-8-ci sinif şagirdlərinə tullantıların növləri, düzgün çeşidləmə, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, onların toplanması və təkrar emalının əhəmiyyəti və məişət tullantılarının azaldılması üsulları izah olunub.
Qeyd edək ki, interaktiv formatda keçirilən görüşlər “Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emal həllərinin tətbiqi” layihəsi çərçivəsində keçirilir.
Layihə Bazel Konvensiyasının “Plastik Tullantı Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı və Qafqaz üzrə Regional Ekoloji Mərkəzin təşkilatçılığı ilə həyata keçirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi