lider-media.az

Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək

Baxış: 800 Tarix: 31-10-2024, 17:58

Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək

Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur. Metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırlıb. İşlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib.
Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabr ayının 1-də “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.
Noyabr ayının 2-dən qatarların “Bakmil” istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq.
Noyabr ayının 1-də “Bakmil” stansiyası istiqamətində və əksinə olmaqla tətbiq ediləcək hərəkət qrafiki belə olacaq:

“Bakmil” stansiyasından çıxış vaxtları: pdf   jpeg
“Nərimanov-Bakmil” istiqamətində hərəkət cədvəli: pdf  jpeg

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi