lider-media.az

Dövlət İmtahan Mərkəzində şəhid övladları ilə görüş

Baxış: 95 Tarix: 31-10-2024, 14:06

Görüşdən əvvəl şagirdlər DİM-də yaradılmış muzeylə tanış olublar. Daha sonra Mərkəzin əməkdaşları tərəfindən iştirakçılar üçün “Psixoloji maarifləndirmə və erkən yaşda peşə seçimi haqqında” təqdimat nümayiş etdirilib. Şagirdlərə DİM tərəfindən nəşr olunan dərs vəsaitləri (test topluları, fənlər üzrə qiymətləndirmə tapşırıqları) hədiyyə edilib. Həmçinin DİM-in regional bölmələri vasitəsilə müxtəlif rayonlar üzrə 100-dən artıq şagirdə imtahana hazırlaşdıqları fənn və ixtisas qruplarına uyğun 820, respublika üzrə ümumilikdə 1370 dərs vəsaiti təqdim edilib.

DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və ordumuzun qəhrəmanlığı haqqında danışıb, həmçinin şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib. Sədr, həmçinin 2021-ci ilin sonlarından etibarən DİM və “YAŞAT” Fondu arasında imzalanmış memorandum çərçivəsində şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakı ilə Bakıda və regionlarda həyata keçirilən tədbirlər, buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərə göstərilən elmi-metodiki, həmçinin psixoloji dəstək xidmətləri haqqında məlumat verib. Məleykə Abbaszadə qeyd edib ki, bu müddət ərzində “YAŞAT” Fondunun DİM-ə təqdim etdiyi siyahıya uyğun olaraq respublikamızın əksər şəhər və rayonlarında görüşlər təşkil olunub, şəhid övladlarına və qazilərə ümumilikdə 5 mindən artıq vəsait hədiyyə edilib.

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Vətən müharibəsi iştirakçılarının təhsilinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, Dövlət İmtahan Mərkəzi ilə birlikdə görülən işlərdən danışıb.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi