Belə qəhrəman oğullarımızdan biri Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açmışdır. O, 1960-cı ildə Yaqublu kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə öz ata-baba yurdu olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarcalı kəndinə köçmüş, yeddinci sinfə qədər qonşu Reyhanlı kəndində oxumuş, sonra isə təhsilini Həbil kənd orta məktəbində davam etdirmişdi. Orta məktəb müəllimlərindən Soltan Məmmədov, Hüseyn İsayev, Bahar Qarayeva və başqaları həmişə Koroğludan razılıqla danışırdılar. Bildirirdilər ki, o, öz nümunəvi davranışı, qabiliyyəti, çalışqanlığı ilə sinif yoldaşlarından fərqlənir, tədris olunan bütün fənlərə sonsuz maraq göstərirdi. Müəllimləri Koroğlunun gələcəkdə Uluxanlı mahalının adını yüksəklərə qaldıracağına inanırdılar. İsmayıl müəllimin ailəsində 6 uşaq böyüyürdü. Koroğlu ailənin ikinci övladı idi. Qardaşları İsa, Şahin, bacıları Fəridə, Səkinə və Əntiqə Koroğlunun xətrini dünyalar qədər istəyirdilər.

Koroğlu Rəhimov orta məktəbi müvəffəq qiymətlərlə başa vurduqdan sonra 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Avtomatika fakültəsinin axşam şöbəsinə daxil olur. İkinci kursda ikən ordu sıralarına yollanaraq Almaniyanın Şverin şəhərində hərbi xidmət edir. Dəfələrlə valideynlərinin ünvanına razılıq məktubu göndərilir. Koroğlu haqqında "Sovet Ermənistanı" qəzetində oçerk də dərc olunur.
O, iki il Vətən borcunu yerinə yetirdikdən sonra Bakı şəhərinə döndü və Bakı Məişət Kondisionerləri Zavodunda əmək fəaliyyətinə başladı. Həmçinin axşam şöbəsində təhsilini davam etdirdi. Zavodda işlədiyi illər ərzində Koroğlu doğma kollektivdə hamının rəğbətini qazanmışdı. Elə bir yığıncaq olmazdı ki, onun haqqında xoş sözlər deyilməsin.
1988-ci ildə Qərbi Azərbaycanda 200 mindən çox soydaşımızın erməni daşnakları tərəfindən zorla ata-baba yurdlarından qovulması, Uluxanlı mahalının ermənilər tərəfindən işğal edilməsi Koroğluya rahatlıq vermirdi. Elə buna görə də Xocalı faciəsindən sonra o, 1992-ci ilin martında cəbhə bölgəsinə yollandı. Koroğlu könüllülərdən ibarət 2-ci Bakı batalyonunda Hacıkəndə yola düşdü. Az bir müddətdən sonra isə keçmiş Şaumyankənd uğrunda gedən qanlı döyüşlərə atıldı.Koroğlunun rəhbərlik etdiyi bölük iyunun 13-də Goranboy ərazisində Buzlaq, Çartaz və Erkəç kəndlərinin azad edilməsində xüsusilə fərqləndi. Həmin qanlı döyüşlərdə 15 erməni qulduru məhv edildi, 4 nəfəri əsr alındı və xeyli döyüş sursatı ələ keçirildi. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, yəni iyun ayının 14-də başqa bir kəndi yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verdilər, 8 erməni faşisti öldürüldü. İyunun 15-də onlar daha bir mühüm obyekti - düşmənin yuva saldığı Başkənd kəndini də ələ keçirdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca düşmən işğalından azad olundu.
21 iyun 1992-ci il... Madagiz kəndi uğrunda yenidən qanlı döyüşlər başlandı. Elə bu an tabor komandiri Y.Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəldi. Koroğlu öz dəstəsilə döyüş yoldaşlarının köməyinə çatdı. Əməliyyat uğurla nəticələndi. Madagiz kəndi ikinci dəfə erməni quldurlarından azad olundu.
1992-ci il iyunun 3-ü... Ağdərə istiqamətində Koroğlunun son döyüşü... Zəngibasarın qorxmaz, igid oğlu Koroğlu Ağdərə yaxınlığındakı 3-cü sovxozun ərazisinin erməni yaraqlılarından təmizlənməsi uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.Qəhrəman döyüşçü Koroğlu Rəhimov haqqında "XX əsrin Koroğlusu" kitabı yazılmış, qəhrəmanın rəşadətli döyüş yolu ilə bağlı mətbuatda çoxlu yazılar dərc olunmuşdur. Bakı şəhərində Koroğlu Rəhimovun adına küçə verilmiş, Nərimanov rayonunun ərazisində büstü qoyulmuşdur. Həmçinin, Oğuz rayonunun Xaçmaz kəndindəki uşaq bağçası onun adını daşıyır.
Ümummilli lider Heydər Əliyev "Azərbaycanın Milli Qəhrəmanı", "Qızıl ulduz" medalını Koroğlunun atası İsmayıl Rəhimova təqdim etmişdir.
Lider-Media.az


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb