lider-media.az

Kartdan-karta pul köçürmək qadağandır? İqtisadçı açıqladı

Baxış: 598 Tarix: 30-10-2024, 23:17


“Kartdan karta pul köçürmək qadağan deyil. Qadağan olan başqa haldır”.

Lider-media.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O gündəmdə mövcud olan və yayılan miflərə aydınlıq gətirib. İqtisadçı bildirib ki, “Elektron ticarət haqqında” Qanun kartdan karta pul göndərməyi qadağan etmir. Qanun istehlakçıların elektron ödəniş etmək imkanı ilə təmin edilməməyi qadağan edir. Başqa sözlə, POS-terminalların müştəriyə təqdim edilməməsini qadağan edir. Cərimə olaraq da 1-ci dəfə 1 000 man, 2-ci dəfə 3 000 man, 3-cü dəfə və daha çox olanda 6 000 man müəyyən edilir.

Ümumiyyətlə isə belə hallar hədsiz çoxalıb və buna görə də  operativ vergi nəzarəti tədbirlərinin gücləndirlməsinə ehtiyac vardır.  
Həm də Respublikamızın elə əraziləri var ki, həmin ərazilərdə  bu cür hallar digər ərazilərdən daha çoxdur. Bölgələr arasında belə kəskin fərqin olmasının səbəbinin özü də  bir ayrıca araşdırmalı sualdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi