İstifadə edilmiş geyimlərin insana zərərləri hansılardır? Dermatoloq açıqladı
“Geyimlər insan həyatının ən mühüm parçasıdır və onlarla sıxtəmasdadır. Onların sanitariyası insan sağlamlığında həlledicirol oynayır. Hal-hazırda insanlar iqtisadi problemlərə görə ikinciəl və ya dəb məqsədilə vintaj paltarlar geyinirlər. Artıq məlumdur ki, ikinci əl paltarları geyinmək gigiyenik deyil və dəridə ən müxtəlif səpkilərin yaranmasına, dermatit, qaşınma və göbələk kimi müxtəlif xəstəliklərə səbəb olur”.
Bu sözləri Lider-media.az-a verdiyi açıqlamada Dermatoveneroloq Tünzalə Feyziyeva deyib.
Həkimin nitqini təqdim edirik:
“Əgər sintetik parçalara, boyalara və ya kimyəvi maddələrə qarşı həssassınızsa, istifadə olunmuş paltarları geyinməklə sizdə dəri qıcıqlanması (tekstil dermatiti) yarana bilər. Bu, xüsusilə paltar güclü zərərli yuyucu vasitələrlə təmizləndikdə və ya dəfələrlə quru təmizləmə aparıldıqda baş verə bilər. Tekstil dermatiti quru, qırmızı və ya qıcıqlanmış dəri şəklində özünü göstərir və çox qaşınmaya səbəb olur. Dar və rəngli paltarlar (kimyəvi tərkibə malik olduğu üçün) geyinən qadınlar daha çox bu xəstəliyə yoluxa bilərlər. Bunun qarşısını almaq üçün pambıq və ya kətan kimi təbii parçalardan istifadə etmək daha yaxşıdır, çünki həssas dərilər üçün daha təhlükəsizdir.
Bəzi hallarda ikinci əl geyimlərə xüsusi qoruyucu maddələr vurulur ki, paltarları yeyə biləcək bitlər, göbələk və digər bakteriyaların inkişafına mane olsun. Bu qoruyucu madddələr həm də geyimlərə xüsusi qoxu verir. Bu cür paltarları yumadan birbaşa geyinmək dəridəki səpkilərin yaranmasını, habelə atopic dermatit adlanan allergiyanı provakasiya edir.
Bu cür paltarlar müxtəlif növ dəri xəstəliyini ötürə bilər: microbial və göbələk infeksiyaları, virus infeksiyaları və s.Paltarda qalan mikroblar və göbələklər dəriyə təmas yolu ilə dərixəstəliklərinə səbəb ola bilər. Bu fəsadların bəziləri təhlükəli vəhətta sağalmaz ola bilər. Bu cür paltarların istifadəsi həmçininziyil, herpes simplex və kontagioz molyusk daxil olmaqla virusxəstəliklərinə də səbəb ola bilər. İkinci əl paltarlarda qalanmikrob və bakterial faktorlar çox davamlıdır və adi yuma iləməhv edilə bilməz və dəqiq antiseptik üsulla dezinfeksiyaedilməlidir. Dəri ilə birbaşa təmasda olan paltarlarda, o cümlədən alt paltarlarında xəstəliyin ötürülməsi riski dahayüksəkdir. Bundan əlavə, ikinci əl geyimlər müxtəlif sayda dəri ilə təmas etdiyinə görə bədən biti, Hepatit B, Candida göbələk infeksiyaları, Trixomonad kimi infeksiyaları da ötürə bilər.
2018-2019-cu illərdə Tehranda aparılmış bir eksperimentin nəticəsi də göstərmişdir ki, yuyulmuş ikinci əl geyimlərin parazit yayma ehtimalı yuyulmamış ikinci əl geyimlərdən əhəmiyyətli dərəcədə azdır, hətta demək olar ki, yoxdur. Belə ki, eksperiment 400 ədəd yuyulmuş, 400 ədəd yuyulmamış olmaqla, 800 ədəd ikinci əl geyim arasında aparılmışdır. Nəticələrə əsasən, yuyulmamış ikinci əl geyimlərdə “enterobius”yumurtaları (bağırsaqları yoluxduran ağ parazit qurd), “pedikulus” yumurtaları (bitlərdən gəlir), sarcoptes scabiei (qoturluq xəstəliyi) kimi parazitlərə rast gəlinmişdir. Eksperimentin əldə etdiyi nəticələrdən biri də parazit daşıyıcılığının faizinin kişi paltarlarında yüksək, uşaq paltarlarında isə aşağı olması ilə bağlıdır. Lakin yeni doğulmuş körpələrin və uşaqların xarici şəraitə qarşı immun reaksiyası taminkişaf etmədiyinə və yuxarıda adı qeyd edilən atopic dermatit allergiyasının daha çox uşaqlarda rast gəlindiyinə görə bu göstərici onlara paltar alarkən diqqətli olmağı istisna etmir. Paltarların içərisində ən çox parazit daşıyıcılığına görə jeans paltarlar birincidir.
Buna görə də patogen törədicinin insanlara keçmə şansını azaltmaq üçün bu paltarlar yuyulmalı, ütülənməli və ya dezinfeksiya edilməlidir. Lakin, yuyucu vasitələri də istifadə edərkən diqqətli olmaq lazımdır. 2023-cü ildə T.G. Şevçenko Milli Universiteti "Çernihiv Kollegiyası"nın apardığı tədqiqata əsasən, yuyucu vasitələr zəhərliliyinə görə aşağıdakı kimi sıralanmışdır :
1. Fosfonat tərkibli yuyucu vasitə (ən zəhərli)
2. Fosfatsız yuyucu vasitə
3. Kondisionerli (parça yumşaldıcılar) fosfatsız yuyucu vasitə
4. Kondisionerli fosfonat tərkibli yuyucu vasitə
Parça yumşaldıcılar fosfonat tərkibli yuyucu vasitələrin toksik təsirlərini azaltmağa kömək edir, lakin fosfatsız yuyucu vasitələrin toksikliyini tam aradan qaldırmır.
5. Məişət sabunu (az zəhərli)
Tədqiqat bu yuyucu vasitələrlə yuyulan ikinci əl paltarların (məişət sabunu istisna olmaqla) uşaqların sağlamlığına zərər verə biləcəyi qənaətinə gəlmişdir. Məişət sabunu ilə yuyulan paltarlar zərərli qalıqlar buraxmadığı üçün ən təhlükəsiz hesab olunmuşdur.
Yeri gəlmişkən, yaxın keçmişdə qardaş ölkə Türkiydə yaşanılan zəlzələdən sonra insanlar yardım üçün paltarlar da daxil olmaqla, ikinci əl əşyalar göndərməyə başladılar. Türkiyənin AFAD qurumu isə yuxarıda adı çəkilən xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə bu cür yardımın qəbul edilməsini dayandırmışdır.
Yekun olaraq oxuyucularımıza tövsiyə etmək istəyərdim ki, ikinci əl geyim alarkən diqqətli olsunlar. Habelə, bu cür xəstəliklərin ictimailəşdirilməsi və ictimaiyyətinməlumatlandırılması bu paltarların gətirə biləcəyi sağlamlıqlabağlı problemlərin öhdəsindən gəlmək üçün danılmaz bir yoldur.Bundan əlavə, yoluxan şəxslərin həkim məsləhəti olmadanxəstəliyi müalicə etməsi yolverilməzdir”.