lider-media.az

Yasamalda şəhidi İslamov Elvin Elçin oğlunun məzarı ziyarət olunub

Baxış: 379 Tarix: 30-10-2024, 11:44

image44 günlük Vətən müharibəsi şəhidi gizir İslamov Elvin Elçin oğlunun şəhadətinin dördüncü ildönümündə məzarı ziyarət olunub.Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunulub.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İslamov Elvin Elçin oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yasamalda şəhidi İslamov Elvin Elçin oğlunun məzarı ziyarət olunub FOTOLAR
Yasamalda şəhidi İslamov Elvin Elçin oğlunun məzarı ziyarət olunub FOTOLAR
Yasamalda şəhidi İslamov Elvin Elçin oğlunun məzarı ziyarət olunub FOTOLAR
Yasamalda şəhidi İslamov Elvin Elçin oğlunun məzarı ziyarət olunub FOTOLAR
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi