lider-media.az

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Tarix: 30-10-2024, 11:37

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

44 günlük Vətən müharibəsinin gedişini Lider-Media.azxronoloji ardıcıllıqla təqdim edir.

30 oktyabr - müharibənin 34-cü günü

• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən Ermənistan ordusunun bölmələri geri çəkilməyə məcbur edilib. Cəbhənin müxtəlif istiqamətlərində işğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki Su-25 təyyarəsi, üç T-72 tankı, bir PDM, iki “Smerç” və bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 müxtəlif tipli topu, iki “Qvozdika” özüyeriyən haubitsası, bir “Osa” ZRK, bir P-18 radiolokasiya stansiyası, dörd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-ə müraciət ünvanlayıb.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən foto və videoreportaj yayıb.

• Bölmələrimiz Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemini, Bərdə və Tərtər şəhərlərinə atəş açan iki “Smerç” sistemini, bir “Osa” zenit-raket kompleksini məhv ediblər.

• Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş ərazilərindən yeni görüntülər – AZƏRTAC-ın foto və videoreportajı.

• Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.

• Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktları üzrə 52 cinayət işi başlanıb.

• Azərbaycan Respublikasının Dövlət Bayrağı işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki sərhəd zastavaları üzərində ucaldılıb və onlar xidməti-döyüş fəaliyyətinə başlayıb.

 AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağcabədi rayonunun Hacılar və Ağdam rayonunun Sarıçoban kəndlərində çəkilişlər aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi