lider-media.az

Akademik Ziya Bünyadovun biblioqrafik göstəricisi çapdan çıxıb

Baxış: 468 Tarix: 30-10-2024, 11:28

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tanınmış ictimai xadim, akademik Ziya Musa oğlu Bünyadovun biblioqrafik göstəricisi çapdan çıxıb.Göstərici Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əsas tutaraq AMEA Rəyasət Heyətinin qərarı ilə görkəmli tarixçi və şərqşünas alim, akademik Ziya Bünyadovun 100 illik yubileyi münasibətilə tərtib edilib. Nəşrə alimin həyatı, elmi və ictimai fəaliyyətinin əsas tarixləri, son dövrlərdə alimin yenidən nəşr olunmuş kitabları, onun haqqında çap olunmuş məqalələr, o cümlədən akademik Gövhər Baxşəliyevanın alim haqqında yenidən işlənmiş oçerki də daxil edilib.Biblioqrafik göstəricinin elmi redaktoru akademik Gövhər Baxşəliyeva, MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva, tərtibçiləri Nərgiz Novruzova və Zemfira Qurbanovadır.Qeyd edək ki, bu göstərici alim haqqında tərtib edilən sayca beşinci biblioqrafik göstəricidir. İlk iki biblioqrafiya alimin sağlığında “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında MEK tərəfindən tərtib olunub.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi