lider-media.az

ATU-da Gənclər üçün Vərəmlə bağlı maarifləndirici tədbir təşkil olunub

Tarix: 29-10-2024, 18:08

29 oktyabr 2024-cü il tarixində Azərbaycan Tibb Universitetində “Sağlamlığa Xidmət” ictimai birliyi və Tibb Universitetinin birgə təşkilatçılığı ilə tibb tələbələri üçün “Vərəmlə mübarizə və maarifləndirmə tədbirlərində gənclərin rolunun artırılması” adlı seminar keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva, Azərbaycan Tibb Universitetinin prorektoru Mahir Səfərov, dekanı Fərəh Mədətli, Respublika QİÇS-lə mübarizə Mərkəzinin direktoru Günəş Cəfərova, TƏBİB nümayəndəsi Aygün Xəlilova və digərləri iştirak edib.

Seminar zamanı Dr. Günəş Cəfərova vərəmin profilaktikası və diaqnostikası barədə geniş təqdimatla çıxış edərək gənclərə məlumat verib, auditoriyanın suallarını cavablandırmışdır. Tədbir zamanı yaxın zamanda ölkəmizdə keçiriləcək COP29 qlobal konfransı zamanı tematik günlər çərçivəsində 18 noyabr tarixində, xüsusilə səhiyyə mövzusuna da geniş yer verilməsi vurğulanaraq, iqlim dəyişmələrinin insan sağlamlığı, o cümlədən ictimai səhiyyəyə böyük təsiri qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi