lider-media.az

Gürcüstanla Rusiya yeni müharibəyə hazırlaşır? POLİTOLOQ AÇIQLADI

Baxış: 290 Tarix: 29-10-2024, 15:18

 

“Şübhəsiz ki, Gürcüstan müharibəyə hazırlaşmır. “Gürcü arzusu”nun rəhbərinin və Gürcüstandakı digər siyasətçilərin bütün bu bəyanatları Gürcüstanda son mərhələdə gedən siyasi kampaniyaya, seçki kampaniyasına aiddir”. 
Bu sözləri Lider-media.az-a verdiyi açıqlamada ukraynalı politoloq Maksim Yali deyib. O “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin müsahibəsi zamanı verdiyi açıqlamalara aydınlıq gətirib. Belə ki, İvanişvili Qərbin yüksək rütbəli məmuru Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə Rusiya ilə müharibəyə başlamağı təklif etdiyini açıqlayıb. Qərb tərəfi təklif edib ki, Gürcüstan müharibəyə başlasın və 3-4 gün Rusiyaya qarşı müqavimət göstərsin. Sonra meşədə partizan hərəkatına başlanılsın. “Biz sizə kömək edəcəyik və siz oradan döyüşəcəksiniz" deyə Qərbin yüksək rütbəli məmuru keçmiş baş nazirə vədlər verib. 


Politoloqun fikrincə, bütün bu bəyanatlar seçiciləri, hələ son seçimlərini etməyənləri Gürcü Arzusu Partiyasına səs verməyə inandırmaq cəhdləri ilə bağlıdır. Çünki bu, təbii ki, hazırda Gürcüstan və onun Avropa perspektivləri üçün qırılma nöqtəsidir. 


Məlum olduğu kimi, Bidzina İvanişvili milyardlarla dolları məhz Rusiyadan və rəhbərlik etdiyi partiyadan qazanıb. İndi isə Avropaya inteqrasiyanın siyasi kursunu dəyişir. “Bu bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur. Əslində, seçki kampaniyası Rusiya Ukrayna müharibəsi ilə müqayisə olunmayan şəkildə qurulmuşdu. İvanişvilinin verdiyi bu müsahibə sadəcə olaraq reklam idi. Şüar isə belə idi: Ukrayna kimi olmaq istəyirsənsə, bizə səs vermə”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi