lider-media.az

Vətən qəhrəmanları ilə tanınır

Baxış: 266 Tarix: 29-10-2024, 12:32


 

 Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!  Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

İsayev İsmayıl Çərkəz oğlu 24 aprel 2000-ci ildə Masallı rayonunda dünyaya göz açıb. Bakı şəhəri, Binəqədi rayonu 100 nömrəli tam orta məktəbi bitirdikdən sonra Bakı İslam Universitetində təhsil alıb.

 O, 11 yaşından idmanla məşğul olmağa başlayıb. 60-75 kiloqram çəki dərəcəsində müxtəlif idman növləri üzrə respublika və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. 2012-ci ildən 2020-ci ilədək ayrı-ayrı vaxtlarda uşu-sanda, kikboksinq, may-tay, budo, grapplinq idman növləri üzrə respublika, Bakı şəhər birinciliklərinin, beynəlxalq turnirlərin mükafatçısı olub. İsmayıl atıcılıq kursunu da müvəffəqiyyətlə bitirib.

 İsmayıl alpaqut Turan döyüş sənəti üzrə 1-ci dünya çempionatının  və budo döyüş növü üzrə dünya kuboku turnirinin) qızıl medalına layiq görülüb. 2020-ci ildə budo üzrə beynəlxalq dərəcəli idman ustası adını alıb. Müxtəlif vaxtlarda Bakı şəhərindəki ayrı-ayrı idman klublarında məşqçi-müəllim kimi çalışıb. Xidmət etdiyi dövrdə də hərbçilər arasında keçirilən idman yarışlarında uğurla çıxış edib.

2021-ci il iyulun 6-da ordu sıralarına yollanan İsmayıl 9 ay “N” saylı hərbi hisssədə çavuş kimi xidmət etdikdən sonra Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində  motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi hərbi uçot ixtisası kursunu uğurla başa vurararaq, leytenant hərbi rütbəsinə sahiblənib. Goranboydakı müxtəlif hərbi hissələrdə şərəfli xidmət yolu keçib. Üç ay post komandiri, sonradan isə Xüsusi Təyinatlı Qüvvələrin Komando mənsubu olan İsmayıl kəşfiyyat komandiri kimi xidmət edib.Leytenant İsmayıl İsayev  19 sentyabr 2023-cü ildə Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu, Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanımız  Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid leytenant İsayev İsmayıl Çərkəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Binəqədi rayonundakı Zəngəzur şosesi kimi tanınan küçə indi şəhid İsmayıl İsayevin adını daşıyır.  Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan İsmayıl kimi bütün şəhidlərimiz sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir.

 Müşfiq Mirzə,

Xüsusi olaraq Lider-Media.az üçün


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi