lider-media.az

FHN-in Gəncə Regional Mərkəzində seminar keçirilib

Baxış: 380 Tarix: 28-10-2024, 20:42

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə Nazirliyin Gəncə Regional Mərkəzində “Beynəlxalq humanitar əməliyyatlarda fəaliyyətin təşkili” mövzusunda seminar keçirilib.

FHN-in müvafiq yerli qurumlarının əməkdaşları üçün keçirilən seminar zamanı Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri tərəfindən humanitar əməliyyatlarda iştirakla bağlı təcrübə bölüşülüb, eyni zamanda iştirakçılara qüvvə və vasitələrin beynəlxalq hümanitar əməliyyatlara cəlb olunmasının əsasları, planlama, idarəetmə, həyat və sağlamlığın qorunması, xilasetmə əməliyyatlarının icrası zamanı diqqətə alınacaq məslələlər barədə geniş məlumat verilib.
Tədbirin yekununda dəstənin hazırlıq və klassifikasiya dövrünü əks etdirən videoçarx nümayiş etdirilib.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi