lider-media.az

“Elsevier” və “Clarivate” şirkətlərinin elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı yekunlaşıb

Baxış: 617 Tarix: 28-10-2024, 11:32

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən ilk dəfə elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı həyata keçirilib. 
 

Agentliyin Mətbuat Xidmətindən Lider-media.az-a bildirilib ki, proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir.  
 

Hazırlıq proqramına qatılan 70 nəfər iştirakçı sırasından yekunda 28 nəfər “Elsevier” və “Clarivate” şirkətlərinin birgə sertifikatını əldə edib. 
 

Qeyd edək ki, proqramı müvəffəqiyyətlə bitirən şəxslər elmi göstəricilərin ölçülməsini daha dəqiq aparacaq, tədqiqatçılara ədəbiyyat axtarışlarında dəstək göstərəcək, həmçinin elmi işlərin dərci üçün keyfiyyətli jurnal seçiminə öz töhfələrini verəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi