lider-media.az

Ölkə ərazisində müşahidə olunan faktiki hava

Tarix: 27-10-2024, 10:41

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.Səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.

Lider-Media.az xəbər verir ki,düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan, Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm, Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub.
Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.
 
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi