lider-media.az

Nərimanov rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Baxış: 766 Tarix: 26-10-2024, 13:05

     Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq,  oktyabrın 25-də Nərimanov rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib.  

  Tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.  

  Ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının ekoloji təhlükəsizliklə bağlı fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə təşkil olunmuş tədbir zamanı açılış nitqi ilə çıxış edən Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov qonaqları salamlayaraq, rayon prokurorluğunun ekoloji təhlükəsizliklə bağlı fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.

  Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

  Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.

  Tədbir zamanı faydalı fikir mübadiləsi aparılıb, suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi