lider-media.az

COP29-a hazırlıqla bağlı paytaxtın bəzi küçə və prospektlərində hərəkət istiqaməti qəyişdiriləcək

Tarix: 26-10-2024, 11:48

Bununla bağlı Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib. 

Bakı Şəhər DYP İdarəsindən Lider-media.az-a bildirilib ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün məhdudiyyətlər tətbiq edilməklə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Hava limanı istiqamətinə alternativ yol kimi sürücülər 20 Yanvar, Ziya Bünyadov, Qara Qarayev prospekti, Nargilə dairəsi kimi tanınan ərazidən Zığ yoluna keçməklı hərəkət edə bilərlər.

Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsi, Albalılıq ərazisi və Qala dairəsindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.

Cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi isə sürücülər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə daxil ola bilərlər. 

Sürücülərdən monitorinq müddətində müəyyən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi