lider-media.az

Mədəniyyət Nazirliyi “Yaşıl STEAM Azərbaycan” Festivalında təmsil olunur

Baxış: 598 Tarix: 24-10-2024, 15:36

24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq “Yaşıl STEAM Azərbaycan” Festivalı (SAF – 2024) keçirilir. Festival Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə gerçəkləşir.
Bu il 4-cü dəfə keçirilən “STEAM Azərbaycan”da ilk dəfə Mədəniyyət Nazirliyinin bədii təhsil ocaqları da təmsil olunur. 
Lider-Media.az xəbər verir ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri builki festivalda süni zəka və incəsənət mövzusunda bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Hər iki məktəbin şagirdləri ifaçılıq və rənglərlə harmoniya yaratmaq sahəsində süni zəka və yaşıl düşüncə vərdişlərindən faydalanacaqlar.
Festivalda “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” kateqoriyaları üzrə yarışlar təşkil olunacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi