lider-media.az

Paytaxtda yenidən sel gözlənilir

Baxış: 300 Tarix: 24-10-2024, 15:24

Oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinə istinadən Lider-Media.az xəbər verir ki, axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Oktyabrın 25-də əsasən, Azərbaycanın şərq rayonlarında, 26-da isə şimal və qərb  rayonlarından  başlayaraq 27-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı  olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin  bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi