lider-media.az

3 il əvvəl Qəbələdə törədilmiş ağır cinayətin istintaqı tamamlanıb

Tarix: 24-10-2024, 12:11

  Xəbər verildiyi kimi, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 3 il əvvəl Qəbələdə ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib. (https://genprosecutor.gov.az/az/post/7883) 

  Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi tamamlanıb.

  İstintaqla, 1973-ci il təvəllüdlü Mübariz Sultanovun qisas niyyəti ilə cəzalandırmaq məqsədilə 2021-ci il dekabrın 24-də gecə vaxtı Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

  Mübariz Sultanova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi