lider-media.az

Bakı növbəti leysan yağışlarına hazırdırmı? RƏSMİ AÇIQLAMA

Baxış: 566 Tarix: 23-10-2024, 21:01

“Təəssüf ki, payız aylarında drenaj sistemlərinin üstünü yarpaqlar qapatdığı üçün nasazlıqlar yaranır. Buna görə də müvafiq idarələr daim həmin sistemləri nəzarətdə saxlayırlar. Payız aylarında gücləndirilmiş iş rejimində işləyirik”.

Bunu Lider-media.az-a verdiyi açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin bütün rayon və ərazilərdə su kanal idarələri mövcuddur. Həmin idarələrin nəzdində fəaliyyət göstərən şəxslər öz rayon ərazilərində olan drenaj sistemlərini, kollektorları, tullantı su axıntılarını daşıyan boruları daim nəzarətdə saxlayırlar.

“Növbəti dəfə leysan yağışları nəticəsində tunellərin su ilə dolması, ölüm halları kimi hadisələrin baş verməməsi üçün daim fövqəladə vəziyyətdə fəaliyyət göstəririk. Həmçinin digər qurumlarla birgə addımlayırıq. Müraciət edilən yerlərə anındaca qəza xidməti gedir və fəsadlar aradan qaldırılır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi