lider-media.az

Oktyabrın 24-də gözlənilən hava şəraiti

Baxış: 333 Tarix: 23-10-2024, 12:57

Milli Hidrometeorologiya Xidmətinə istinadən Lider-Media.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-19° isti olacaq .

Atmosfer təzyiqi 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° şaxta, yüksək dağlıq ərazilərdə 4-7° şaxta, gündüz 1-6° isti olacaq.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi