lider-media.az

Naxçıvan polisi tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Baxış: 475 Tarix: 23-10-2024, 12:04

Narkotiklərlə Mübarizə İdarəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Babək rayon sakini, 1972-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.
Babək rayonu  ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı  kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Narkotiklərlə Mübarizə İdarəsinin  əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və daşınmasında şübhəli bilinən Ş. Babayeva saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı karqo şirkətlərinin birindən əldə etdiyi bağlamada video kasetin içərisində gizlədilmiş marixuana və metamfetamin  aşkarlanıb .
Faktla bağlı, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi