lider-media.az

Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha 1 nəfərin cəsədi aşkar edilib

Baxış: 847 Tarix: 22-10-2024, 18:02

Xəbər verildiyi ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 1 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. 

Qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi