lider-media.az

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Baxış: 206 Tarix: 22-10-2024, 15:49

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşündə iştirakçıların fərdi inkişaf planları müzakirə edilib, bilik və bacarıqlarının artırılması istiqamətində tövsiyələr verilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb, onları qazandıqları uğur münasibətilə təbrik edib. Müsabiqənin əməkdaşların bilik və bacarıqlarının, liderlik və strateji düşünmə  xüsusiyyətlərinin aşkarlanması üçün yaxşı fürsət olduğunu vurğulayan nazir müavini karyera yüksəlişi ilə bağlı şəxsi təcrübəsini bölüşüb, iştirakçıların fəaliyyəti, peşəkar hədəfləri ilə maraqlanıb.

Görüşdə iştirakçıların fərdi inkişaf planlarının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə edilib. Qaliblər müsabiqənin nəticəsi olaraq cəlb olunduqları müxtəlif təlimlərin onların hərtərəfli peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verdiyini qeyd ediblər. Əməkdaşlara bilik və bacarıqlarının, həmçinin idarəçilik təcrübələrinin artırılması istiqamətində tövsiyələr verilib.

"Uğur yolu" karyera inkişafı proqramı İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında intellektual səviyyəsi və idarəçilik qabiliyyəti yüksək olan şəxslərin seçilməsi, onların lider kimi hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Qaliblər müxtəlif təlimlərə və mentorluq proqramlarına cəlb olunurlar.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi