lider-media.az

Deputatlarımız Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkiləri müşahidə edəcəklər

Baxış: 506 Tarix: 22-10-2024, 14:19

Milli Məclisin bir qrup deputatı Özbəkistan Respublikasında oktyabrın 27-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Daşkənd şəhərinə səfər edəcəklər.Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaqlar, bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.Deputatların səfəri oktyabrın 29-da başa çatacaq.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi