lider-media.az

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ehtiyat tədbirləri görməyə çağırır

Baxış: 212 Tarix: 22-10-2024, 12:21

Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə, DYP əməkdaşları gecə saatlarından etibarən aidiyyəti qurumlarla birgə çalışır. Hazırda respublika əhəmiyyətli avtomobil yollarında YPX Alayının əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkəti təmin olunmaqla fasiləsiz xidmət aparılır. Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi