lider-media.az

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib

Tarix: 22-10-2024, 10:22

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda tədbir keçirilib.

 Ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli tədbirin əhəmiyyətinə toxunaraq ali təhsil siyasətinin effektiv həyata keçirilməsi baxımından bu cür müzakirələrin təşkilinin faydalılığını qeyd edib. Nazir müşaviri ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün universitetləri təşəbbüskar olmağa dəvət edib. Təhsil proqramlarından danışan Nicat Məmmədli qeyd edib ki, bu proqramlar həm əmək bazarının tələbləri, həm də məsuliyyətli vətəndaşın yetişdirilməsinə münasibətdə hazırlanarsa, daha optimal və effektiv olar. 

 Sonda bu cür görüşlərin mütəmadi təşkilinin vacibliyinə toxunan Nicat Məmmədli tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib. 

 Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda təqdimatla çıxış edib. Turxan Süleyman bildirib ki, hazırda elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılmaqdadır. Hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlərin, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaq. 

 Tələbə qəbuluna dair statistik məlumatları təqdim edən Turxan Süleyman növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görüləcəyini diqqətə çatdırıb. 

 Tədbirin ikinci hissəsində "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı iştirakçılara məlumat verən Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova qeyd edib ki, bu qaydalar ali, orta ixtisas və peşə təhsili pillələrində yeni ixtisasların açılması məsələlərini tənzimləyir. Nərgiz Qaraxanova əlavə edib ki, təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli, rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir. 

 Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi