lider-media.az

Aqrar sahənin aktual mövzuları ilə bağlı geniş müzakirələr aparılıb

Baxış: 322 Tarix: 22-10-2024, 09:11

Lider-Media.az Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə “Town Hall” formatında tədbir keçirilib.

Tədbirdə “Fermer təsərrüfatlarının dayanıqlı məlumat şəbəkəsi”, “Aqrar sahədə süni intellekt”, “Taxıl yığımının izlənilməsi sistemi” kimi innovativ layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə torpaqdan istifadə qaydaları, Zəngilanın Ağalı kəndində pilot layihə kimi icra olunan yeni parselləmə modeli ilə bağlı təqdimatlar nəzərdən keçirilib, fikir mübadiləsi aparılıb.“İşğaldan azad edilmiş ərazilərdə aqrar siyasətinin tətbiqi və strukturlaşma” mövzusunda təşkil olunan qrup çalışması zamanı mövzu ilə bağlı maraqlı təkliflər səsləndirilib.
Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi