lider-media.az

“Su ehtiyatlarının innovativ idarəedilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Baxış: 407 Tarix: 21-10-2024, 16:45

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin təşkilatçılığı ilə Hacıqabul rayonunun 10 saylı tam orta məktəbin müəllim və şagirdləri üçün “Su ehtiyatlarının innovativ idarəedilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən şagirdlərə qlobal iqlim dəyişmələrinin ölkəmizin su resurslarına, o cümlədən, su təsərrüfatının inkişafına mənfi təsir göstərməsini və bu mənfi təsirlərin aradan qaldırılması məqsədilə respublikada görülən işlər barədə məlumat verilib.
Tədbir zamanı iştirakçılara, həmçinin, Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) barədə məlumat verilərək, onun önəmi barədə vurğulanmış və sonda fərqlənən iştirakçılar “Hava sertifikatı” ilə mükafatlandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi