lider-media.az

"Kapital Bank" ASC Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində ölkəmizi təmsil edir

Baxış: 539 Tarix: 21-10-2024, 15:51

Maliyyə dünyasının gələcəyini müzakirə etmək və yeniliklərə birgə addım atmaq məqsədilə dünyanın hər yerindən 10 000-ə yaxın iştirakçını, 125-dən çox beynəlxalq eksponenti bir araya gətirən sərgidə "Kapital Bank" öz stendi ilə iştirak edir.Tədbirin ilk günü Bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin, İtaliya, Böyük Britaniya, İsveçrə, BƏƏ və İspaniya kimi ölkələrin aparıcı bank və maliyyə institutları ilə səmərəli görüşlər keçirib. Bu görüşlərdə maliyyə texnologiyaları, rəqəmsallaşma, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub. Növbəti günlərdə də bu görüşlərin davam etdirilməsi planlaşdırılır.

F.Hüseynov öz sosial şəbəkə hesablarında tədbir haqqında fikirlərini bölüşərək bildirib: “Sibos kimi mötəbər beynəlxalq tədbirdə iştirakımız qlobal maliyyə icması ilə əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də bankımızın əldə etdiyi nailiyyətləri, rəqəmsal transformasiya istiqamətindəki strateji planlarını və maliyyə sektoruna təqdim etdiyi yenilikləri beynəlxalq arenada nümayiş etdirmək baxımından əhəmiyyətli addımdır.”

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi