lider-media.az

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız əkin mövsümünə start verilib

Baxış: 382 Tarix: 21-10-2024, 14:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə payız əkin mövsümünün ilk ağacəkmə aksiyası keçirilib.
Aksiyada 100-dən çox məktəbli, o cümlədən Memarlıq və İnşaat Universitetinin tələbələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisi”nə üzv uşaqlar iştirak edib.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə, gənclərin ekoloji biliklərinin artırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi