lider-media.az

Gürcüstandan Xankəndiyə

Baxış: 791 Tarix: 19-10-2024, 20:30

Gürcüstan azərbaycanlılarının ikinci qrupunun işğaldan azad olunan ərazilərə səfəri başlayıb.Növbəti qrup əvvəlcə Xankəndi şəhərinə gəlib. Qonaqlar üçün şəhər gəzintisi təşkil edilib, onlara Xankəndinin tarixi, erməni vandalizmi və həyata keçirilən tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verilib.Gürcüstan azərbaycanlıları, həmçinin Qarabağ Universitetinə gəlib, burada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, yeni tədris ilindən başlayaraq, Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açıb.Qonaqlar oktyabrın 20-də Şuşa və Ağdama səfər edəcəklər.

Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının Şuşa, Xankəndi və Ağdama səfəri üç qrupda olmaqla, altı gün ərzində həyata keçirilir.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi