lider-media.az

“Ulduz” stansiyasında işıqlanma sistemi yenidən qurulub

Baxış: 168 Tarix: 19-10-2024, 20:02

Bakı metropoliteninin “Ulduz” stansiyasının işıqlanma sistemi tamamilə yeni əsaslarla qurulub. Stansiyanın bütün sərnişin sahələrində qulluğu və təmiri böyük əmək qüvvəsi və müntəzəm nəzarət tələb edən işıqlanma sistemi dövrün standartlarına cavab vermədiyindən yenidənqurma zamanı müasir, daha effektiv və qənaətcil sistemlərin tətbiqi mərhələli şəkildə həyata keçirilib. Yeni quraşdırılan LED lampalar stansiyanın platformasını, vestibül və keçidlərini tam əhatə edib.Lider-Media.az qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,təmir müvəqqəti işıqlandırmadan istifadə olunmaqla hərəkət təhlükəsizliyi və sərnişindaşıma prosesinə maneə törətmədən gecə növbəsində təşkil olunub.
Platformada orta zal və stansiya yolarını əhatə edən köhnəlmiş və enerji sərfiyyatı daha çox olan 36 Vt güc vahidində olan 740 lüminisent lampa sökülərək çıxarılıb. Yeni işıqlanma sistemi əsasında 40 Vt-lıq LED tipli 357 ədəd lampa quraşdırılıb. Yeni lampalar qulluq baxımından daha əlverişli, həmçinin daha keyfiyyətli və uzunömürlüdür. Yeni işıqlandırma sistemi qurularkən stansiyanın memarlıq üslubuna uyğunluğuna diqqət yetirilib və bu stansiyanın tərtibatına  yeni çalar gətirib.
Stansiyanın vestibüllərinin hər birində 32 ədəd 100 Vt gücündə lampalar da yenilənib. Lampaların sayı eyni qalmaqla gücü 48 Vt-dır. Keçidlərin də hər birində 72 Vt olan 32 lampa çıxarılıb. Onlar 32 ədəd 48 Vt lampa ilə əvəzlənib.
Qeyd edək ki, buna qədər əsaslı təmir işləri aparılan stansiyalarla yanaşı, “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarının işıqlanma sistemi dövrün tələblərinə uyğun yenilənib. Bu işlər dövrü olaraq davam etdiriləcək.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi