lider-media.az

Şəhid Elgiz Salahlının şəhadətinin dördüncü ildönümü mərasimi keçirilib

Baxış: 291 Tarix: 19-10-2024, 13:30

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Salahlı Elgiz Nurəddin oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar boya-başa çatdığı ata ocağında il mərasimi keçirilmişdir.
 Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri,qazilər,ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, ruhlarına dualar oxunmuşdur.Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
 Salahlı Elgiz Nurəddin oğlu 1992-ci il sentyabr ayının 11-də Beyləqan rayonunda anadan olub.Sentyabrın 27 də başlayan hərbi əməliyyatlara könüllü qoşulan qəhrəmanımız 27 yaralı əsgərin döyüş bölgəsindən çıxarılmasında fəallıq göstərmiş,qəhrəmancasına döyüşərək şəhid olmuşdur.
 Oktyabrın 18-i şəhidimizin nəşi doğulduğu Beyləqan rayonunda torpağa tapşırılmışdı.
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Salahlı Elgiz Nurəddin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilmişdir.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi