lider-media.az

 ANAMA-da görüş keçirilib.

Baxış: 388 Tarix: 19-10-2024, 12:11

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Aparatının müvafiq struktur bölmələrinin rəhbər şəxsləri, AR Müdafiə Nazirliyinin təmsilçisi, İtaliya Müdafiə Nazirliyinin aidiyyəti bölmələrinin, o cümlədən həmin ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələrinin iştirakı ilə  ANAMA-da görüş keçirilib.

Görüş zamanı İtaliya nümayəndə heyətinə Agentliyin fəaliyyəti, məqsəd və vəzifələri, qarşıda duran hədəfləri, işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatları, habelə ölkəmizdə mövcud mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib.Görüşdə, eyni zamanda, minatəmizləmə üzrə müvafiq təlimlər sahəsində əməkdaşlıq və bu istiqamətdə İtaliya tərəfinin mümkün dəstəyi ətrafında fikir mübadiləsi aparılıb, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi