Bütün bu addımlar Füzuli rayonunun sosial-iqtisadi durumunun yaxşılaşdırılması və burada yüksək yaşayış standartlarının təmin olunması üçün həyata keçirilir. İnfrastruktur layihələri nəqliyyatı və iqtisadi fəaliyyətləri asanlaşdıraraq, iş yerlərinin açılmasına və yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin geri qayıdışı isə bölgənin davamlı inkişafını təmin edəcəkdir. Bu proses yalnız Füzulinin yenidən qurulması ilə məhdudlaşmayacaq, eyni zamanda regionda sosial və iqtisadi tarazlığın bərpa olunmasına xidmət edəcəkdir.
İşğaldan azad edilmiş rayonlar arasında Füzuli ən çox mina ilə çirkləndirilmiş ərazilərdən biri hesab edilir. İlkin qiymətləndirmələrə görə, rayonda 100 mindən çox mina basdırılmışdır. Mina sahələri insan həyatına ciddi təhlükə yaratmaqla yanaşı, bölgənin iqtisadi bərpasını və məcburi köçkünlərin geri qayıdışını çətinləşdirir. Füzulinin bu cür intensiv minalanması beynəlxalq hüquqazidd olmaqla, Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarının bir hissəsidir. Bu səbəbdən Ermənistan hökuməti məsuliyyətə cəlb edilməli və vurulmuş ziyanın haqqı ödənilməlidir.
Füzulidə mülki əhaliyə və dövlət əmlakına dəyən ziyanın qiymətləndirilməsi məqsədilə müvafiq işçi qrupları yaradılmışdır. Hər bir zərərli təsirin sənədləşdirilməsi və təhlili, bölgənin bərpası prosesində strateji əhəmiyyət daşıyır. İşğal nəticəsində tamamilə dağıdılmış şəhərlər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və məskunlaşma planlarının həyata keçirilməsi Böyük Qayıdış Proqramının əsas prioritetlərindəndir. Proqramın birinci mərhələsinin icrası çərçivəsində, 2026-cı ilin sonuna qədər Füzuli rayonunda 22 min insanın məskunlaşacağı gözlənilir. Bu, rayona yeni həyat gətirməklə yanaşı, demoqrafik balansın bərpası və iqtisadi fəaliyyətin canlanmasında da mühüm rol oynayacaqdır.
Füzulinin bərpası təkcə ərazi və infrastruktur baxımından deyil, həm də insanların həyat şəraitini yaxşılaşdırmaq və bölgənin gələcək inkişafını təmin etmək baxımından vacibdir. Burada həyata keçirilən layihələr gələcəkdə Füzuli rayonunu müasir və dinamik bir mərkəzə çevirmək məqsədi daşıyır.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Bəzi bələdiyyələr birləşdirilir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb