lider-media.az

AMEA Rəyasət Heyətində müşavirə

Baxış: 320 Tarix: 18-10-2024, 16:27

Oktyabrın 18-də AMEA prezidentinin yanında bir sıra vacib məsələlərə dair müşavirə keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən və nəzərdə tutulan tədbirlər barədə danışan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabr ayında Bakıda təşkil olunan COP29 tədbirləri zamanı rəhbərlik etdiyi qurumun iş fəaliyyətinin müvafiq qrafikə uyğun tənzimlənməsi, həmçinin 2025-2030-cu illərdə Akademiyanın İnkişaf Strategiyası ilə bağlı vacib məsələlərin müzakirəsinin aktuallığını diqqətə çatdırıb.

Müşavirədə Bakıda COP29 tədbirlərinin keçirildiyi günlərdə AMEA əməkdaşlarının işə davamiyyətinin Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq tənzimlənməsi ilə bağlı məsələyə baxılıb. Bu məqsədlə AMEA-nın akademik-katibi akademik Arif Həşimovun sədrliyi ilə İşçi qrupunun yaradılması qərara alınıb.Həmçinin oktyabrın sonuncu həftəsində AMEA-da “Yaşıl dünya naminə həmrəylik və COP29-un çağırışları: Humanitar və ictimai elmlərin vəzifələri” mövzusunda elmi konfransın keçirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.

Eyni zamanda Rəyasət Heyətinin növbəti iclasında 2025-2030-cu illərdə AMEA-nın İnkişaf Strategiyasının ilkin müzakirəsinin keçirilməsi tövsiyə edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli müzakirəyə çıxarılan  məsələlərin həllinin yüksək səviyyədə təmin edilməsinin vacibliyini vurğulayıb, müvafiq tapşırıqlarını verib.

 Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi