lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova: Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib

Baxış: 625 Tarix: 18-10-2024, 12:31

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır problemlər qarşısında qalaraq dərin siyasi böhran vəziyyətinə düşmüşdü. Belə bir şəraitdə dövlətin və xalqın müqəddəratı sual altında idi. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı gözləyən fəlakətlərin qarşısını yorulmaz səyləri ilə almağı bacardı.Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında deyib.

O deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan əleyhinə hazırlanmış planları alt-üst edib. Bugünkü Azərbaycan Ulu Öndərin Vətən və xalq naminə fədakarlığının parlaq ifadəsidir.“Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət bu gün Azərbaycanı zirvələrə yüksəldib. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib”, - deyə S.Qafarova qeyd edib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi