lider-media.az

Suraxanıda RİH başçısının növbəti səyyar görüşləri keçirildi

Baxış: 312 Tarix: 17-10-2024, 18:15

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 118 saylı tam orta məktəbdə Hövsan qəsəbəsinin, 87 saylı tam orta məktəbdə isə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb.87 saylı tam orta məktəbdə keçirilən görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi uğurlardan danışan RİH başçısı Adil Əliyev həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu amilinin təşkil etdiyini və qəsəbələrdə vətəndaşlarla keçirilən səyyar görüşlərin də məhz bu məqsədə xidmət etdiyini bildirib.Həmçinin, Milli Məclisin deputatı Afət Həsənova vətəndaş müraciətlərinin həlli istiqamətində görülən işlərlə bağlı çıxışında qeyd edib ki, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərin müsət həlli məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlər qaldırılıb.

Qəbulda iştirak edən sakinlərin problemləri dinlənilib, onları narahat edən məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib.






Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi