Soltanağa Nəhmət oğlu Bayramov 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizioterapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.Soltanağa həkim hospitalda çalışdığı müddət ərzində kollektivin dərin hörmətini qazanır. Hamı onu qayğıkeş, prinsipial, qanunpərəst, ədalətli bir insan kimi tanıyırdı. "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.
1990-cı il... Xalqımız çətin sınaqlarla üz-üzə durmuşdu. Xarici dövlətlərin havadarlığı ilə daxili düşmənlər: vətən xainləri, nankorlar, satqınlar respublikanı parçalamaq üçün hər cür rəzil əməllərə əl atırdılar. "Talış Muğan respublikası" yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov öz quldur dəstəsi ilə Azərbaycanın cənub bölgələrində ağır cinayətlər törədirdi. Soltanağa həkim kimi neçə-neçə insan separatçı dəstənin şəxsi ambisiyasının qurbanı oldu, onun haqsız əməllərinin güdazına getdi. Lakin Azərbaycanın mərd oğulları bütün bu çətinliklərə sinə gərərək cinayətkar dəstələri məhv etdi.1993-cü ilin isti iyul günlərində Surət Hüseynovun qiyamından çox keçməmiş ölkəmizin cənub regionunda yeni bir münaqişə ocağı yaradıldı. Bu dəfə briqada komandiri olan polkovnik Əlikram Hümbətov bir qrup separatçını ətrafına toplayaraq Azərbaycanı parçalamaq planını işə saldı. Bu, elə bir vaxt idi ki, qarmaqarışıqlıqdan istifadə edən Ermənistan qoşunları rayonlarımızı bir-birinin ardınca işğal edirdi. Tabeliyindəki briqadanı və zirehli texnikanı döyüşdən geri çəkən Əlikram Hümbətov bu xain hərəkəti ilə Azərbaycana arxadan zərbə vurdu.
Ümummilli liderimiz Heydər Əliyev separatçılara silahı yerə qoyub məsələnin danışıqlar yolu ilə nizama salınmasını təklif etsə də üzdəniraq polkovnik qara əməllərini yenidən davam etdirdi. Vəziyyətin daha da gərginləşdiyini görən dahi rəhbər televiziya ilə cənub bölgəsinin əhalisinə müraciət etdi. Həmin tarixi müraciətə on minlərlə insan səs verdi. Əhali əlikramçılara qarşı birləşərək ayağa qalxdı. Avqustun 23-də isə separatçılar çirkin niyyətlərini sonadək həyata keçirə bilməyərək ifşa olundular. Onların bir çoxu inzibati orqanlar tərəfindən həbs edildi, digərləri isə Rusiyaya və digər xarici ölkələrə qaçdılar.
Beləliklə, Azərbaycanın bütövlüyünün qorunmasını özünün tarixi missiyası sayan ulu öndər Heydər Əliyev respublikamızın parçalanmasının qarşısını aldı. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Xalq Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri əməllərə görə cəzaya layiq görülməsini istədi. Nəticədə respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin niyyətləri gözlərində qaldı.
23 avqust 1993-cü ildə keçirilən əməliyyatda qəlbi Vətənə, xalqa sədaqətlə dolu olan Soltanağa Bayramov da öz vətənpərvərlik borcunu ləyaqətlə yerinə yetirdi, quldurlar hərbi hospitala hücum edərkən onlara ciddi müqavimət göstərdi. Lakin döyüşdə faciəli surətdə həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Lənkəran şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir və küçələrdən birinə onun adı verilmiş, büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Lider-Media.az


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev Fərman imzaladı
Hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb