lider-media.az

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Tarix: 16-10-2024, 18:03

Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib. Fərman bu il İngiltərənin məşhur “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarixi Muzeyinə hədiyyə edilib. Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb.

Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır. Təqdimat mərasimində Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak ediblər.

Lider-Media.az Mədəniət nazirliyinə istinadın bildirir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, xalqımıza məxsus tarixi və mədəni irs nümunələrinin Azərbaycana qaytarılması və qorunub-saxlanılması dövlətimizin daim diqqət mərkəzindədir. Bu həm də mədəniyyət siyasətimizin əsas istiqamətlərindən biridir: “Dövlət qurumlarının bu sahədə apardığı işlərə vətəndaşlarımızın da dəstək verməsi təqdirəlayiq haldır və bu cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini və milli dəyərlərə bağlılığını nümayiş etdirir.

Səfəvilər imperiyasının ilk illərinə məxsus bu nadir sənəd Azərbaycanın dövlətçilik ənənələrinə dair dəyərli eksponat olmaqla yanaşı, gələcək nəsillər üçün tarixi mənbədir”. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şah İsmayıl Xətai imzalı bir sənədin ölkəmizə gətirilməsini böyük tarixi və siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirib. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı qeyd edib ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması artıq ənənəyə çevrilib: “Vətəndaşımızın şəxsi təşəbbüsü ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdə və şair Şah İsmayıl Xətainin fərmanının satın alınaraq muzeyimizə hədiyyə edilməsi əsl vətənpərvərlik nümunəsidir. Bu həm də xalqımızın öz tarixini yaşatmaq və ona sahib çıxmaq əzmini göstərir”.

Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən N.Vəlixanlı Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümün tamam olduğu vaxtda Azərbaycana gətirilməsinin simvolik məna daşıdığını deyib. AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi onun bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında bədii-musiqili kompozisiya təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi